Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Avtomobili qaçırmaqda şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb

12.01.2019

Binəqədi RPİ 6-cı PB, Gəncə şəhər BPİ, Tovuz RPŞ və Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da Binəqədi rayonu ərazisindən “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Fərman Abdullayev saxlanılmışdır.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırmalarla F.Abdullayevin qeyd edilən avtomobilin üzərinə özünə məxsus eyni markalı avtomobilin dövlət qeydiyyat nişanlarını bağlayıb satmaq məqsədi ilə Gəncə şəhərinin ərazisində tanışı, şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Quliyevə verməsi, habelə dövlət qeydiyyat nişanlarını isə Kürdəmir rayonunun ərazisində tullaması, sonuncunun isə həmin avtomobili Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş İsa Əliyevə satması müəyyən edilmişdir.

E.Quliyev Qusar rayonunun ərazisində, İ.Əliyev isə Tovuz rayonunun ərazisində saxlanılmış, qaçırılmış “VAZ-2106” markalı avtomobil isə sonuncunun yaşadığı evin həyətində sökülmüş, ban və şassi nömrələri silinmiş vəziyyətdə tapılmışdır.





Çap et  Çap et