Avtomobil qaçırmaqa şübhəli bilinən şəxs saxlanılıb
06.02.2019
Fevralın 5-də saat 12 radələrində Binəqədi rayonu ərazisindən Bakı şəhər sakini Ə.Qasımova məxsus “Volkswagen Passat” markalı avtomobilin qaçırılması barədə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət daxil olub.
Müraciətlə əlaqədar dərhal əməliyyat tədbirlərinə başlanılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakini F.Quluzadə həmin gün saat 20 radələrində rayon ərazisində avtomobillə birgə saxlanılmışdır.
Araşdırma aparılır.