Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Polislər məktəblilərlə görüşüb

08.04.2019

Nizami Rayon Polis İdarəsinin təşkilatçılığı ilə 12 saylı orta məktəbdə “Narkomaniyaya yox deyək” adı altında şagird və pedoqoji kollektivlə görüş keçirilib. 

Görüş zamanı iştirakçılara narkotik vasitələrin gənclər arasında yayılması təhlükəsi və narkotiklərə qarşı birgə səmərəli mübarizə aparılması, gənclərin milli mənəvi ruhda tərbiyə edilməsi,  eləcə də maariflənmələri, zərərli vərdişlərdən uzaq olmaları ilə bağlı zəruri tövsiyələr verilib. 

Nizami RPİ-nin baş inspektoru, polis kapitanı  Pərvanə Əzizova keçirilən profilaktik-maarifləndirici tədbirlərin yeniyetmələri təhlükələrdən qoruma məqəsdi daşıdığını, gənclərin milli-mənəvi dəyərlərimizə hörmət ruhunda formalaşması, maraqlarının yalnız təhsilə, elmə yönəldilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.  

Rayon Polis İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Fərid Tağıyev və inspektor, polis baş-leytenantı  Mehdi  Seyidov dünyada narkotik və psixotrop maddələrin yayılmasının səbəbləri və təhlükəsindən danışıblar, gənclərin bu bəlaya düçar olmalarının ağır fəsadları, onların narkotik tələsinə salınmaları üçün istifadə edilən məkirli üsullar və onlardan qorunma yolları barədə tövsiyələr veriblər. 

Daha sonra çıxış edən psixoloq Əsmər Talıbova narkotik, eləcə də başqa zərərli vərdişlərin insan orqanizminə psixoloji və fiziki təsirləri haqqında məktəblilərə məlumat verib. 

Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi Bəhmən Hüseynov da fikirlərini bölüşüb, təşkil edilən maarifləndirici tədbirlərə ictimai dəstək göstərilməsində xüsusən gənclərin aktiv olmalarının vacibliyini diqqətə çatdırb. 

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.





Çap et  Çap et