Yeniyetməyə qarşı quldurluq edən şəxs saxlanılıb
11.04.2019
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, aprelin 10-da saat 22 radələrində Xətai rayonunun M.Rüstəmov küçəsində 14 yaşlı bir oğlanı bıçaqla hədələyərək quldurluq yolu ilə 100 manat pulunu alan şəxs həmin ərazidə xidmət aparan 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.
Polis əməkdaşları tərəfindən onun Bakı şəhər sakini İ.Yusifov olduğu müəyyən edilmişdir.
Xətai RPİ-də araşdırma aparılır.