Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Soyğunçuluq etməkdə şübhəli bilinənlər saxlanılıb

18.05.2019

Mayın 16-da Sabunçu rayonu Y.Əliyev küçəsində şəxsiyyəti müəyyən olmayan 2 nəfər 105 saylı xətt avtobusundan soyğunçuluq yolu ilə 80 manat pul aparmışdır.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ə.Çələbiyev və əvvəllər məhkum olunmuş R.Quliyev saxlanılmışlar.

Araşdırmalar RPİ tərəfindən aparılır. 





Çap et  Çap et