Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Azərbaycan Prezidenti cənab İlham Əliyev daxili işlər orqanlarının şəxsi heyətinə təşəkkürünü bildirib

03.06.2019

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu il mayın 29-da Avropa Liqasının Bakıda keçirilən final oyunu zamanı ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində göstərdiyi nümunəvi xidmətə görə daxili işlər orqanlarının şəxsi heyətinə öz təşəkkürünü bildirmişdir.

Cənab Prezident təşəkkürünün şəxsi heyətə elan edilməsi üçün Daxili İşlər naziri, general-polkovnik Ramil Usubova tapşırıq vermişdir.

Ölkə başçısının təşəkkürü polis orqanlarında və Daxili Qoşunların nizami hissələrində şəxsi heyətə elan edilmişdir.

Polis əməkdaşları və hərbi qulluqçular ölkə Prezidentinin göstərdiyi bu ali diqqəti böyük sevinc və ruh yüksəkliyi ilə qəbul etmişlər.

Nazir R.Usubov möhtərəm dövlət başçımızı əmin etmişdir ki, Vətəninə, xalqına və dövlətinə sədaqətli olan daxili işlər orqanlarının şəxsi heyəti bundan sonra da üzərinə düşən bütün vəzifələri əzmlə yerinə yetirəcək, asayişin, təhlükəsizliyin, vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcəkdir.





Çap et  Çap et