Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Qadından hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

17.06.2019

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 16-da Qaradağ RPİ-yə ərizə ilə müraciət edən Bakı şəhər sakini olan qadın 2015-ci ildən cari il iyun ayının 16-dək olan müddətdə paytaxt sakini olan tanışının onun fotoşəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib 4000 manat pulunu almasını bildirmişdir.

Keçirilmiş əməliyyat–axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən M.Həmidov polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Qaradağ RPİ-də araşdırma aparılır.





Çap et  Çap et