Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Dələduzluqda şübhəli bilinən qadın barəsində cinayət işi açılıb

04.07.2019

DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini A.İsmayılov cari il yanvar ayının 25-də paytaxt sakini L.Əliyeva tərəfindən aldadılıb 43.000 ABŞ dollarının alındığını bildirmişdir.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar Səbail Rayon Polis İdarəsində müvafiq araşdırmalar aparılmışdır. Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanmışdır.

Əməliyyat-axtarış tədbirləri ilə L.Əliyeva polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onun cari ilin mart ayında Bakı şəhər sakini olan daha bir qadını aldadıb 4.000 manatını alması da müəyyən edilmişdir.

Araşdırmalar davam etdirilir





Çap et  Çap et