Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Hosteldə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

08.07.2019

Səbail RPİ-nin 39-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş iyulun 5-də yaşadığı hosteldə 400 manat və 400 ABŞ dollar pulunun oğurlandığını bildirmişdir.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmış, qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilmişdir.

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakini S.Rüstəmov 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır.

Araşdırma aparılır.





Çap et  Çap et