Mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs tutulub
24.07.2019
Cari il martın 27-də paytaxt sakini R.Davudovun 2 ədəd mobil telefonu oğurlanıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, qeyd edilən oğurluq cinayətində şübhəli bilinən Bakı şəhər sakini F.Xankişiyev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.