Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Lombarda basqın edən şəxslər saxlanılıb

02.08.2019

Xətai rayonu ərazisində yerləşən lombardlardan birində işləyən qadına qarşı quldurluq edilib. 

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə zamanı zərərçəkənin baş nahiyəsinə xəsarət yetirən naməlum şəxslər quldurluq yolu ilə pul və qızıl-zinət əşyaları götürərək hadisə yerindən qaçıblar.

Faktla bağlı məlumat daxil olan kimi Daxili İşlər Nazirliyi, Bakı şəhər Baş Polis İdarəsi və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkənin izahatı alınıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərin şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib. Əməliyyat zamanı həmin şəxslər – Ağcabədi rayon sakini Nəbi Əhmədov və Füzuli rayon sakini əvvəllər məhkum olunmuş Ceyhun Əliyev tutularaq istintaqa təqdim ediliblər.

Saxlanılan şəxslər ifadələrində törətdikləri cinayəti etiraf ediblər. Onlar lombarda daxil olan zaman özlərini su idarəsinin əməkdaşları kimi təqdim etdiklərini bildiriblər.Qeyd edək ki, hadisə zamanı N.Əhmədov və C.Əliyev lombardın müşahidə kamerasının yaddaş blokunu da çıxararaq özləri ilə aparıblar.





Çap et  Çap et