Sabunçu rayon sakininə ağır xəsarət yetirən şəxs saxlanılıb
31.08.2019
Avqustun 30-da Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisindən qəsəbə sakini B.Dilanlı bədən xəsarəti ilə xəstəxanaya gətirilmişdir.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini C.Camalov saxlanılmışdır.
Sabunçu RPİ-də araşdırma aparılır.