Tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
01.10.2019
Sentyabrın 29-da Suraxanı rayonunun Bülbülə qəsəbəsində yaşayan A.Quliyev evində münaqişə zəminində tanışı, Bakı şəhər sakini İlham Həşimovu bıçaqla qətlə yetirmiş, sonra Binəqədi rayonu ərazisində yaşayan qohumu Füzuli Şirinovun evinə gedərək orada ona və oğlu Elçinə də bıçaqla xəsarət yetirmişdir.
Xəstəxanaya yerləşdirilmiş F.Şirinovun vəziyyəti ağırdır, Elçinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Binəqədi RPİ və 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən A.Quliyev saxlanılmışdır.