Hadisə yerindən yayınan sürücü saxlanılıb
25.10.2019
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, oktyabrın 24-də saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini R.Hacıyeva vurulmuş və o, xəstəxanaya yerləşdirimişdir.
Bakı şəhər BPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarəti ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini A.Hüseynov saxlanılmışdır.
Araşdırma aparılır.