Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

31.10.2019

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində...

Oktyabrın 30-da Beyləqan rayon sakini İ.Fərəcova Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə müraciət edib həmin gün saat 18 radələrində Q.Qarayev prospektindəki evlərdən birinin qarşısında orada park xidməti göstərən Bərdə rayon sakini X.Mehdizadəyə “Mercedes” markalı avtomobilini saxlamaq üçün verməsini, sonuncunun isə avtomobili qaçırmasını bildirmişdir.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Nərimanov rayonu ərazisində ön və dam hissəsi əzilmiş vəziyyətdə tapılmışdır.   

Bu nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən X.Mehdizadə polis əməkdaşları tərəfindən saxlanılmış, onun sərxoş halda olması müəyyən edilmişdir.

Araşdırma aparılır.





Çap et  Çap et