Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb
03.12.2019
Noyabrın 26-da Xətai rayon ərazisindəki evlərin birindən 2500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Xankərəmov saxlanılmışdır.
Araşdırmalar davam etdirilir.