Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Uşaq sığınacağında tədbir keçirilib

13.12.2019

Dekabrın 13-də "Ümid yeri" uşaq sığınacağında valideyn himayəsindən məhrum olan uşaqlara yol hərəkəti təhlükəsizliyinin öyrədilməsi məqsədilə tədbir keçirilib. 

Tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, Bakı şəhər Baş Polis İdarəsinin, Xəzər Rayonu Polis İdarəsinin əməkdaşları, jurnalistlər və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən “Ümid yeri” uşaq sığınacağının rəhbəri Nigar Məsimova bildirib ki, uşaqların yol hərəkəti qaydalarını öyrənməsi və əməl etməsi istiqamətində polis əməkdaşları ilə birgə mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Daha sonra bölmə rəisi Vaqif Əsədov çıxış edib. O, qeyd edib ki, uşaqlarla görüşün keçirilməsində əsas məqsəd yol hərəkəti haqqında onları maarifləndirmək, bilik və bacarıqlarını üzə çıxarmaqdır. Azyaşlıların, məktəblilərin maarifləndirilməsi onların həyatlarını qorumaq baxımından zəruridir. Çünki uşaqlar da yol hərəkəti iştirakçılarıdır. 

1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin rəhbəri Fəridə Süleymanova yol hərəkəti qaydaları barədə məktəblilərə məlumat verib, bununla bağlı şagirdlərin bilik və bacarıqları yoxlanılıb.

Daha sonra sığınacağın uşaqlarının hazırladığı müxtəlif səhnəciklər nümayiş olunub. Onlar yol qaydalarına aid şeir, mahnı və səhnəciklərdən ibarət kompozisiya təqdim ediblər. 

Sonda tədbirdə fərqlənən uşaqlar  “Təşəkkürnamə” ilə təltif ediliblər. Uşaq sığnağacığının hər bir sakinininə “İnci” şirkəti tərəfindən təqdim olunmuş müxtəlif məktəbli ləvazimatları, oyuncaqlar, faydalı kitablar hədiyyə olunub. 





Çap et  Çap et