Avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub
18.02.2020
Xəzər rayonu ərazisində bir avtomobildən 7 min manat oğurlanıb.
DİN Mətbuat Xidmətinin məlumatına görə, Bakı şəhər BPİ Cinayət Axtarışı İdarəsi və Xəzər RPİ 3-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq cinayətində şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş C.Səmədov tutulub.
Araşdırmalar davam etdirilir.