Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Binəqədi rayonunda velosiped oğruları saxlanılıb

10.06.2020

Binəqədi rayonunda ayrı-ayrı vətəndaşlara məxsus velosipedləri oğurlayan şəxslər saxlanılıblar. Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Göyçay rayon sakini Elbrus Məmmədov tutulub.

DİN Mətbuat Xidmətinin məlumatına görə, araşdırma zamanı onun binaların dəhlizlərində və yardımçı otaqlarında saxlanılan 7 velosiped oğurladığı məlum olub. Elbrus Məmmədov oğurladığı velosipedləri isə tanışı Sabunçu rayon sakini Fuad Əhmədova satıb. Polis əməkdaşları tərəfindən saxlanılan Fuad Əhmədovun Maştağa qəsəbəsində yerləşən evinə baxış zamanı oğurluq velosipedlərdən 6-sı aşkar olunaraq maddi sübut kimi götürülüb. Oğurluq velosipedin digəri isə Fuad Əhmədov tərəfindən paytaxt sakini Rəhim Kərimova satılıb.

Faktla bağlı 5-cı Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxlsərin ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.





Çap et  Çap et