Bakı şəhər Baş Polis İdarəsi

Xəbərlər

Əsas səhifə

Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb

06.11.2020

Nərimanov rayonu ərazisində Bakı şəhər sakini E.Məmmədova qarşı quldurluq törətməkdə şübhəli bilinən daha bir nəfərin şəxsiyyəti müəyyən edilmişdir.

Din Mətbuat Xidmətinin məlumatına görə, Bakı şəhər BPİ və Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabırn 5-də rayon ərazisində Bakı şəhər sakini E.Məmmədovu bıçaqla hədələyərək 7400 manat pulunu və 2 ədəd mobil telefonunu almaqda şübhəli bilinən Füzuli rayon sakini S.Quliyev saxlanılmışdır. Quldurluğu törətməkdə şübhəli bilinən daha bir nəfərin şəxsiyyəti müəyyən edilmişdir.

Bakı şəhər BPİ-nin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri digər  əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonu ərazisindəki evlərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılmışdır

Belə ki, Suraxanı rayonu ərazisindəki evlərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Quliyev saxlanılmışdır. Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisindəki daha bir evdən mobil telefon oğurlaması da müəyyən edilmişdir.





Çap et  Çap et