KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər rayonunun Binə qəsəbəsindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən M.Əliağazadə saxlanılıb

09.05.2024

Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Binə qəsəbəsindəki evlərin birindən 2000 manat pul oğurlamaqda şübhəli bilinən M.Əliağazadə müəyyən olunaraq saxlanılıb. 
Maştağa qəsəbəsində evlərin birindən 2750 manat pul oğurlamaqda şübhəli bilinən H.Sədullayev isə Sabunçu RPİ 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 
Hər iki faktla bağlı araşdırma aparılır.