KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakıda avtomobil piyadanı vuraraq öldürüb, sürücü qaçıb

10.10.2022

Hadisə oktyabrın 9-u saat 21 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, həmin ərazidə yolu keçən paytaxt sakini Məzahir Nağızadə müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Nissan” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsinin sürücüsü, paytaxt sakini Ravil Kərimov saxlanılıb.
Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.