KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Həsənov saxlanılıb

16.10.2022

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə oktyabrın 16-da Şüvəlan qəsəbəsi ərazisindən Ə.Quluzadənin “VAZ-2106” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Binə qəsəbəsi ərazisində saz vəziyyətdə tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Həsənov saxlanılıb.
Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.