KRİMİNAL XRONİKA

Əsas səhifə

Bıçaqla xəsarət yetirməkdə şübhəli bilnən şəxslər saxlanılıb

20.10.2022

Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə oktyabrın 18-də saat 23 radələrində Bakı şəhər sakinləri S.Eyvazov, qardaşı F.Eyvazov və M.Musayevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri barədə məlumat daxil olub.  
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bıçaqla xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən Bakı şəhər sakinləri E.İsmayılov, K.Əliyev, Ş.Musayev, A.Gərayev saxlanılıb, daha iki nəfərin isə şəxsiyyəti müəyyən olunub. Araşdırma aparılır.