KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər rayonu ərazisində üç evdən və bir kafedən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Mirzəyev saxlanılıb

25.10.2022

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 3 evdən 4400 manat dəyərində avtomobil ehtiyat hissələri, məişət əşyaları, inşaat materialları, təmir-tikinti alətləri,  bir kafedən isə 1100 manat dəyərində soyuducu mühərriki, naqil, bir nəfərin isə mobil telefonunu oğurlamaqda şübhəli bilinən  Bakı şəhər sakini İ.Mirzəyev saxlanılıb. Araşdırma aparılır.