KRİMİNAL XRONİKA
Əsas səhifəNizami rayonu ərazisində 3 nəfərin mobil telefonunu və cüzdanını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
26.12.2022
Nizami rayonu ərazisində yerləşən bazarda 3 nəfərin mobil telefonunu və cüzdanını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini M.Məmmədov saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində yerləşən bazarda müxtəlif vaxtlarda 3 nəfərin mobil telefonunu və içərisində pul, sənəd, bank kartları olan cüzdanını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş M.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.