KRİMİNAL XRONİKA
Əsas səhifəBinəqədi rayonunda üç həyətdən və bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
14.04.2023
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində üç həyətdən su qızdırıcısı, kombi aparatı, naqil, bir avtomobildən 2 ədəd səsgücləndirici oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş M.Rəhimov saxlanılıb. Araşdırma aparılır.