KRİMİNAL XRONİKA

Əsas səhifə

Türkan qəsəbə sakinininə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

13.07.2023

İyulun 13-də saat 22 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisindən qəsəbə sakini Ə.İsmayıllının kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən Bakı şəhər sakini Z.Dadaşov müəyyən edilərək saxlanılıb.
Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.