KRİMİNAL XRONİKA

Əsas səhifə

Paytaxt sakini E.Mikayılova xəsarət yetirməkdə şübhəli bilinən E.Həsənov saxlanılıb

13.07.2023

İyulun 13-də saat 19 radələrində Xətai rayonu ərazisində paytaxt sakini E.Mikayılovun bıçaq xəsarəti alması barədə məlumat daxil olub.
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Həsənov müəyyən edilərək saxlanılıb.
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.