KRİMİNAL XRONİKA

Əsas səhifə

Q.Qarayev prospektində evdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıb

18.07.2023

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 13-də Q.Qarayev prospektindəki evlərin birindən 2000 manat dəyərində televizor, 3 ədəd qol saatı və bəzək əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – N.Qoçəliyev və E.Əliyev saxlanılıblar.Araşdırmalarla onların  iyulun 12-də rayon ərazisindəki evlərin birindən 400 manat dəyərində velosiped oğurlamaları da müəyyən olunub.