KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi rayonunda bir nəfərə kəsici-deşici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən M.Kərimov saxlanılıb

04.11.2023

Oktyabrın 30-da səhər saatlarında Binəqədi rayonu ərazisindən Bakı şəhər sakini olan 1993-cü il təvəllüdlü bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.  
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü M.Kərimov müəyyən olunaraq saxlanılıb. 
Araşdırma aparılır.