Xəbərlər

Əsas səhifə

Yasamal rayonu ərazisindəki evlərdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

12.11.2023

Yasamal rayonu ərazisindəki evlərin birindən 1300 manat pul və 7000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. 
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş A.Qurbanov müəyyən olunaraq saxlanılıb. Ondan metamfetamin və metadon həbləri aşkar olunaraq götürülüb.
Polis əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində isə rayon ərazisində digər mənzildən pul və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini Ə.Əliyev saxlanılıb. 
Hər iki faktla bağlı araşdırma aparılır.