Struktur
Əsas səhifə ›HaqqımızdaBakı şəhər Baş Polis İdarəsi qarşısında duran vəzifələrin, səlahiyyətlərinə aid edilmiş funksiyaların yerinə yetirilməsinin təmin edilməsi üçün Baş idarənin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təsdiq olunmuş strukturuna aşağıdakı xidmət sahələri daxildir.
- Katiblik
- Təşkilati-İnspektor İdarəsi
- Növbətçi hissələri idarəetmə xidməti
- Cinayət-Axtarış İdarəsi
- İstintaq və Təhqiqat İdarəsi
- Kriminalistik Tədqiqatlar şöbəsi
- Əməliyyat və Statistik İnformasiya İdarəsi
- İctimai Təhlükəsizlik İdarəsi
- Dövlət Yol Polis İdarəsi
- Kadrlar İdarəsi
- Şəxsi Heyətlə İş üzrə qrupu
- Maliyyə-Plan şöbəsi
- Təchizat şöbəsi
- Komendant taqımı
- Bakı Metropolitenində polis şöbəsi
- Yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzi
- Tapıntılar bürosu
Katiblik
Təşkilati-İnspektor İdarəsi
Növbətçi hissələri idarəetmə xidməti
Cinayət-Axtarış İdarəsi
İstintaq və Təhqiqat İdarəsi
Kriminalistik Tədqiqatlar şöbəsi
Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada və hallarda kriminalistik tədqiqatların aparılmasını təşkil edən, kriminalistik tədiqat fəaliyyəti ilə əlaqədar hüquqları həyata keçirən struktur hissədir.
Əməliyyat və Statistik İnformasiya İdarəsi
Statistik məlumatların, hesabatların, məlumat banklarının yaradılmasını, bu banklarındakı məlumatların üzərində iş aparılmasını və onlardan istifadəni, cinayətlərin vahid statistikasının və BPİ sistemində statistikanın aparılmasını təşkil edən, məlumatların işlənməsi və ötrülməsi üzrə avtomatlaşdırılmış sistemin inkşaf etdirilməsini və təkmilləşdirilməsini, arayış-məlumat fəaliyyətini həyata keçirən struktur hissədir.
İctimai Təhlükəsizlik İdarəsi
İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə şəhər daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən, cinayətlərin qarşısının alınması və açılması sahəsində profilaktika tədbirlərinin həyata keçirilməsi, ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyi, yetkinlik yaşına çatmayanlar arasında profilaktika işini təşkil edən, habelə icazə sistemi üzrə fəaliyyəti həyata keçirən struktur hissədir.
Dövlət Yol Polis İdarəsi
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi işinin təşkilini, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə nəzarətin, yol hərəkəti qaydalarının pozulması və yol-nəqliyyat hadisələri üzrə inzibati icraatı həyata keçirən struktur hissədir.
Kadrlar İdarəsi
Ərazi polis orqanlarının qarşısında duran vəzifələrin təmin edilməsi üçün zəruri olan peşəkar kadr heyətinin yaradılması, o cümlədən kadrların seçilməsi, xidmətə qəbulu, vəzifələrə yerləşdirilməsi və onlara xüsusi rütbələrin verilməsi, əməkdaşların peşə hazırlığı, xidmət keçməsi, xidmətdən xaric edilməsi və onların uçotu işinin təşkili və həyata keçirilməsi, habelə şəhər daxili işlər orqanlarının bu sahədəki fəaliyyətinə nəzarət funksiyalarını yerinə yetirir.
Şəxsi Heyətlə İş üzrə qrupu
Şəxsi heyətin mənəvi-pisxoloji tərbiyəsini, onlara humanizim ideyalarına, qanunlara, hüquqi və etik normalara, insan hüquqlarına hörmət hissinin aşlanmasını, əməkdaşların sosial-hüquqi müdafiəsini həyata keçirən struktur hissədir.
Maliyyə-Plan şöbəsi
Şəhər Daxili işlər orqanları əməkdaşlarının əmək haqqı və ödənişlərin işini təşkil edən struktur hissədir.
Təchizat şöbəsi
Xüsusi texnika və vasitələrlə, silah-sursat və digər maddi-texniki ehtiyatlarla təmin edilməsini həyata keçirən struktur hissədir.
Komendant taqımı
BPİ-in inzibati binasının buraxılış rejimini, inzibati binanın mühafizəsini, kommunal-istismar təminatını həyata keçirən struktur hissədir.
Bakı Metropolitenində polis şöbəsi
Metropolitenin və onun xüsusi obyektlərinin mühafizəsini və təhlükəsizliyini, eləcə də metro stansiyalarda ictimai asayişin qorunması, cinayətkarlıqla mübarizə, baş vermiş hüquq pozuntularının qarşısının alınmasında profilaktiki tədbirləri həyata keçirir.