KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı şəhər sakini olan bir şəxs Suraxanı Rayon Polis İdarəsinin...

19.10.2017

Bakı şəhər sakini olan bir şəxs Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə bankomat kartından pulunun çıxarılması barədə müraciət edib. O, ərizəsində naməlum şəxs tərəfindən avqustun 28-də hesabındakı 940 manatın çıxarılaraq oğurlandığını bildirib.  Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə cinayəti törədən müəyyənləşdirilib və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Bölməsinə gətirilib. Araşdırmalarla onun Lerik rayon sakini Cəmşid Alışov olduğu məlum olub. O, törətdiyi əməli etiraf edib və bildirib ki, həmin bankomat kartını küçədən tapıb. Kartın kodu üzərində yazıldığından hesabdakı məbləği çıxarıb. Faktla əlaqədar cinayət işi başlanılıb. 

Qaradağ rayonu ərazisindəki ticarət mərkəzlərindən birində çalışan Ramiz Həsənov icarədarı olduğu mağazadan oğuruq olması barədə 10-cu Polis Bölməsinə müraciət edib. O, ərizəsində hesabat apararkən 2014-cü ildən cari il oktyabrın 18-dək olan müddətdə mağazadan ümumilkdə 30000 manat dəyərində məişət əşyalarının çatışmadığını bildirib. Polis əməkdaşlarında oğurluğun mağazada işləyən satıcı tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından, sonuncu saxlanılaraq Polis Bölməsinə gətirilib. Araşdırmalarla onun Mingəçevir şəhər sakini Adil Müzəffərov olduğu məlum olub. Satıcı təqribən 3 il ərzində həmin mağazadan dəmir və misdən hazırlanmış məişət əşyalarını oğurlayıb sataraq pulunu mənimsədiyini etiraf edib. Faktla əlaqədar Qaradağ Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb. 

Bakı şəhər sakini olan bir şəxs Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə bankomat kartından pulunun çıxarılması barədə müraciət edib. O, ərizəsində naməlum şəxs tərəfindən avqustun 28-də hesabındakı 940 manatın çıxarılaraq oğurlandığını bildirib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə cinayəti törədən müəyyənləşdirilib və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Bölməsinə gətirilib. Araşdırmalarla onun Lerik rayon sakini Cəmşid Alışov olduğu məlum olub. O, törətdiyi əməli etiraf edib və bildirib ki, həmin bankomat kartını küçədən tapıb. Kartın kodu üzərində yazıldığından hesabdakı məbləği çıxarıb. Faktla əlaqədar cinayət işi başlanılıb. 

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Elşən Mustafayevin ətrafında Suraxanı RPİ 33-cü PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun avqustun 19-dan oktyabrın 2-dək olan müddətdə 3 avtomobildən və 1 ofisdən mobil telefon, akkumulyator və maqnitofon oğurlaması da müəyyən edilib.

Narkotik vasitə ilə tutulan Zakir Teymurovun ətrafında Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 7-də rayon ərazisindəki 1 evdən su mühərriki, ərzaq məhsulları və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 12-dən oktyabrın 10-dək olan müddətdə 4 nəfərə  məxsus həyətyanı sahələrdən 1 baş qoyun, elektrik naqili və su mühərriki oğurlamaqda şübhəli bilinən Nardaran qəsəbə sakini Etibar Rzazadə tutulub.