KRİMİNAL XRONİKA
Əsas səhifəOğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan...
20.10.2017
Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Yusif Ağayevin ətrafında Nərimanov RPİ 17-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində onun 3 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib.
Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 16-da Səngəçal qəsəbəsi ərazisində şirkətlərdən birinə məxsus 700 metr kabeli oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Vəli Vəliyev tutulub.
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 16-da rayon ərazisindəki evlərdən birindən 1800 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Emil Şirinov tutulub.