KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı ŞBPİ Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri...

26.10.2017

Bakı ŞBPİ Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də metronun “28 May” stansiyasının platformasında Masallı rayon sakini Aynur Həmidovanın mobil telefonunu cibindən oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Anar Məsiyev və Şəki rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Balacazadə tutulublar.

Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 12-dən 25-dək olan müddətdə rayon ərazisində 4 avtomobildən səsgücləndirici və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nəcəf Hüseynov, Kərbəlayi Qasım Novruzov və qardaşı Elvin tutulublar.

Avtomobil qaçırmaqda şübhəli bilindiyinə görə tutulan Ağarza Bağırovun və Qədir Nuriyevin ətraflarında Suraxanı RPİ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların oktyabrın 4-də daha bir avtomobili qaçırmaları da müəyyən edilib. Avtomobil Füzuli rayonu ərazisində tapılıb.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Azadlıq prospektindəki mağazaların birindən 30.000 manat dəyərində mobil telefon aksesuarları oğurlamaqda şübhəli bilinən, orada satıcı işləyən paytaxt sakini Eşqin Nəbiyev saxlanılıb.