KRİMİNAL XRONİKA

Əsas səhifə

Dələduzluq etməkdə şübhəli bilindiyinə görə tutulan Rövşən Vəliyevin ətrafında...

30.10.2017

Dələduzluq etməkdə şübhəli bilindiyinə görə tutulan Rövşən Vəliyevin ətrafında Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il iyulun 25-də rayon ərazisindəki evlərin birindən 30 manat və mobil telefon oğurlaması da müəyyən edilib.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-də rayon ərazisindəki evlərin birindən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Şərur rayon sakini Ruslan Həsənli tutulub.

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyunun 30-da paytaxt sakini Balabəy Əliyevə məxsus həyətyanı sahədən 2 baş inək oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini Rəşid Abbasov tutulub, 1 nəfər isə müəyyən edilib.