KRİMİNAL XRONİKA

Əsas səhifə

Dekabrın 8-də saat 2:00 radələrində Gəncə şəhərində şəhər sakini...

08.12.2017

Dekabrın 8-də saat 2:00 radələrində Gəncə şəhərində şəhər sakini Vicay Cəmşidzadə qarın nahiyəsindən bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda ölüb. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri profilaktiki tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Süleymanlı könüllü olaraq Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub.

Dekabrın 7-də Bakı şəhər sakini Amilə Haqverdiyevanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini Radim Qasımov Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.  

Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən dekabrın 6-da Maarif Orucovun 830 manatını və mobil telefonunu oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakinləri Eşqin İsmayılov, İlyas Əsgərov və Şahin İsmayılov saxlanılıblar.

Dekabrın 8-də Suraxanı rayonunun Əmircan qəsəbəsində şəxsiyyəti məlum olmayan 2 nəfər qəsəbə sakini 13 yaşlı C.Hüseynzadəyə zor tətbiq edərək 10 manatını alıblar. Soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan 2 nəfər 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Füzuli rayon sakini Əfsər Suanverdiyevdən 1 kiloqram 610 qram marixuana aşkar edilərək götürülüb.