KRİMİNAL XRONİKA

Əsas səhifə

Yanvarın 8-də saat 7 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini...

08.01.2018

Yanvarın 8-də saat 7 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini İsa Hacıyev idarə etdiyi “Daewoo” markalı 36 saylı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Sabir Bədəlovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Xətai RPİ tərəfindən araşdırma aparılır.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-nə keçən gecə rayon ərazisindən Bakı şəhər sakini Orxan Əzimliyə məxsus “VAZ-21011” markalı avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Nəcəfov saxlanılıb. 
Onun Xətai RPİ tərəfindən Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olduğu müəyyən edilib.