KRİMİNAL XRONİKA

Əsas səhifə

Oktyabrın 3-də Yasamal rayonu ərazisindən bir nəfərin baş nahiyəsindən...

18.10.2018

Oktyabrın 3-də Yasamal rayonu ərazisindən bir nəfərin baş nahiyəsindən aldığı ağır xəsarətlə xəstəxanaya gətirilməsi barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə məlumat daxil olub. Dərhal Şöbənin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və araşdırmalarla həmin şəxsin Xaçmaz rayon sakini Sərxan Qarbaşov olduğu  məlum olub. Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxs də müəyyən edilib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakini Elçin Hüseynovdan 480 qram marixuana aşkar edilərək götürülmüşdür.