KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 5-ci PB və Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri...

13.12.2018

Binəqədi RPİ 5-ci PB və Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də Binəqədi rayonu ərazisindəki evlərin birindən 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Kənan İsayev saxlanılmışdır.

Dekabrın 13-də saat 18 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Bəhruz Şükürov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə paytaxt sakini Hürü Əliyevanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölmüşdür. Nizami RPİ tərəfindən araşdırma aparılır.

Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən rayon ərazisində kirayədə yaşayan Bərdə sakinipul kartının oğurlandığını və hesabından təxminən 5 min manatın çıxarıldığını bildirib. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Murad Allahverdiyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. O, törətdiyi əməli etiraf edib. Faktla bağlı araşdırma aparılır.

Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 30-da H.Mənsimovu dəmir parçası ilə hədələyib 276 manatını və mobil telefonunu quldurluq, R.Şirəliyevin mobil telefonunu isə dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Nadir Məmmədov saxlanılmışdır.