KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş Rəşad Əhmədovun ətrafında Binəqədi RPİ 6-cı PB əməkdaşları...

29.12.2018

Oğurluq etdiyinə görə tutulmuş Rəşad Əhmədovun ətrafında Binəqədi RPİ 6-cı PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha 2 nəfərlər birgə daha 5 evdən pul və qızıl-zinət əşyaları, mobil telefon və elektrik təmir alətləri oğurlaması da müəyyən edilmişdir. 

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı, 1962-ci il təvəllüdlü Abdulla Səid Səlimin dekabrın 27-də saat 21 radələrində Fəvvarələr meydanında itkin düşməsi barədə müraciət daxil olub. Müraciətlə əlaqədar təxirəsalınmaz əməliyyat tədbirlərinə başlanılıb. 9-cu Polis Bölməsi və Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əcnəbi vətəndaş dekabrın 29-da Nərimanov rayonu ərazisində yerləşən otellərin birində tapılıb.