KRİMİNAL XRONİKA

Əsas səhifə

Martın 3-də Nəsimi rayonu ərazisində naməlum şəxslər Bakı şəhər sakini...

04.03.2019

Martın 3-də Nəsimi rayonu ərazisində naməlum şəxslər Bakı şəhər sakini T.Məmmədbəylinin mobil telefonunu soyğunçuluq yolu ilə ondan almışlar. 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini G.Məcidov saxlanılmışdır. Əməliyyat-axtarış tədbirləri aparılır.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-də rayon ərazisindəki evlərin birindən 1300 metr elektrik naqili və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Q.Məmmədov və R.Əhmədov saxlanılmışlar.