KRİMİNAL XRONİKA

Əsas səhifə

Xətai RPİ 37-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini V.Əliyevanın mobil telefonunu...

04.04.2019

Xətai RPİ 37-ci PŞ-nin əməkdaşları tərəfindən  Bakı şəhər sakini V.Əliyevanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Mürvətov saxlanılmışdır.

Binəqədi RPİ 7-ci PB-nin əməkdaşları tərəfindən aprelin 4-də rayon ərazisindəki marketlərin birindən 44 manat dəyərində şirniyyat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Məlikov saxlanılmışdır. Onun Nəsimi RPİ tərəfindən axtarışda olması da müəyyən edilmişdir