KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Ç.Naxçıvani aprelin 14-də...

29.04.2019

Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Ç.Naxçıvani aprelin 14-də saat 1 radələrində yaşadığı evin qarşısında 2 nəfərin onun “Mercedes” markalı avtomobilinin şüşəsini və farasını sındırmasını, habelə qapısını və yük yerini əzməsini bildirmişdir. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Qarayev və M.Papaxov saxlanılmışlar.

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini X.Əhmədova aprelin 28-də saat 14 radələrində A.Kunanbayev küçəsində 2 nəfərin ona zor tətbiq edərək qızıl boyunbağısını aldıqlarını bildirmişdir. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanmışdır. 5-ci Polis Bölməsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Ağdam rayon sakinləri N.Həsənzadə və qardaşı Ruslan qısa müddətdə müəyyən edilərək saxlanılmışlar. Araşdırma aparılır.

Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 23-də rayon ərazisindəki evlərin birindən 550 manat, noutbuk, mobil telefon və qol saatı oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü - Bakı şəhər sakini R.Həsənov saxlanılmışdır.