KRİMİNAL XRONİKA

Əsas səhifə

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

24.05.2019

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin aprel ayında metronun “Koroğlu” stansiyasında İsmayıllı rayon sakini K.Mehdiyevanı aldadaraq 603 manat pulunu almaqda şübhəli bilinən Füzuli rayon sakini K.Əmrahlı saxlanılmışdır.

Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən mayın 23-də A.Məmmədovun cibindən 120 manat pulunu oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılmışdır. 

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 2 evdən su sayğacı və təmir-tikinti alətləri oğurlamaqda, 1 evdən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Abbaslı saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş M.Abdullayevin ətrafında Binəqədi RPİ 4-cü PŞ-nin  əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 2 evdən televizor və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilmişdir.