KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində

10.06.2019

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 10-da Biləcəri qəsəbəsindəki evlərin birindən 400 manat dəyərində qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, həmin ev sahibinin qonşusu, əvvəllər məhkum olunmuş Ə.Hacıyev saxlanılmışdır.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yeni Suraxanı qəsəbə sakini Ə.Babayevanın evindən isə 500 qramdan artıq heroin, habelə tiryək, marixuana, metadon və metamfetamin aşkar edilərək götürülmüşdür.