KRİMİNAL XRONİKA

Əsas səhifə

İyunun 29-da saat 6 radələrində Səbail rayonundakı banklardan birinin filialında

29.06.2019

İyunun 29-da saat 6 radələrində Səbail rayonundakı banklardan birinin filialında 3 ədəd 50 dollarlıq saxta əskinası dəyişməyə cəhd göstərən şəxs orada xidmət aparan Rayon Mühafizə İdarəsinin əməkdaşı tərəfindən saxlanılmışdır. 9-cu Polis Bölməsinə təhvil verilən həmin şəxsin Ucar rayon sakini E.Həsənov olması müəyyən edilmişdir. Araşdırma aparılır.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 29-da rayon ərazisində Bakı şəhər sakini M.Nağıyevaya zor tətbiq edib içərisində pul və mobil telefon olan pulqabısını soyğunçuluq yolu ilə ondan almaqda şübhəli bilinən Göyçay rayon sakini E.Rəhimov saxlanılmışdır.  Nəsimi RPİ tərəfindən araşdırma aparılır.