KRİMİNAL XRONİKA

Əsas səhifə

İyulun 25-də Xətai rayonu ərazisində ...

26.07.2019

İyulun 25-də Xətai rayonu ərazisində Şərur rayon sakini S.Abdullayevin idarə etdiyi “İsuzu” markalı 57 saylı xətt avtobusunda sərnişin qismində gedən naməlum şəxs açıq talama yolu ilə oradan 30 manat pul aparmışdır. Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Nəfəsov saxlanılmışdır. Xətai RPİ tərəfindən Araşdırma aparılır. 

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 26-da rayon ərazisindəki evlərin birindən  750 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş R.Məmmədovun ətrafında Binəqədi RPİ  7-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 16-da və 23-də rayon ərazisindəki 2 avtomobildən mobil telefonlar oğurlaması da müəyyən edilmişdir. 

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 12-də rayon ərazisindəki evlərin birindən 400 manat və 100 ABŞ dolları oğurlamaqda şübhəli bilinən, Sulutəpə qəsəbə sakini olan bir yeniyetmə saxlanılmışdır.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Nəsimi RPİ 22-ci PB və Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 25-də Nəsimi rayonu ərazisindəki gözəllik salonlarının birindən 2 ədəd tatu aparatı və 3 ədəd boya oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ü.Əbilov saxlanılmışdır. 

Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 8000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.İsmayılov və R.İmanov saxlanılmışlar.

asamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 19-da rayon ərazisindəki avtoservislərin birindən 34000 manat pul oğurlamaqda şübhəli bilinən, orada usta işləyən Siyəzən rayon sakini C.Nurbabazadə saxlanılmışdır.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 22-də rayon ərazisindəki evlərin birindən 1100 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Gül və K.Qasımova saxlanılmışlar. R.Güldən 0,152 qr heroin götürülmüşdür.