KRİMİNAL XRONİKA

Əsas səhifə

Baş Cinayət Axtarışı İdarəsi və Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat...

29.07.2019

Baş Cinayət Axtarışı İdarəsi və Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 27-də Bakı şəhər sakini olan bir qadının içərisində mobil telefon, qızıl boyunbağı və açar olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Seyidov saxlanılmışdır. 

Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 17-də rayon ərazisindəki klinikaların birindən tibb avadanlıqları, santexnika ləvazimatları, 2 ədəd soyuducu, 10 ədəd radiator, mikroskop, 2 ədəd divan və 6 ədəd televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ə.Əkbərov, A.Abduləliyev və S.Yarıyev saxlanılmışlar.

Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 27-də Bakı şəhər sakini G.Ovçuyevanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü, paytaxt sakini K.Fərəcov saxlanılmışdır.